Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Qazaxıstana və Özbəkistana səfər edəcək.
Cozep Borrellin səfəri noyabrın 16-dan 19-dək davam edəcək.
Borrell noyabrın 16-17-də Qazaxıstanda səfərdə olacaq və o, burada ölkənin xarici işlər naziri Muxtar Tileuberdi və Prezident Kasım-Jomart Tokayevlə görüşlər keçirəcək.
Noyabrın 17-də Aİ-nin Ali Nümayəndəsi Özbəkistana səfər edəcək. Elə həmin gün Borrell Aİ – Mərkəzi Asiya Ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə keçirilən görüşə həmsədrlik edəcək. Noyabrın 17 və 18-də Aİ-nin Ali Nümayəndəsi Səmərqənddə Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan XİN başçıları ilə ayrı-ayrılıqda görüşlər keçirəcək.
Noyabrın 18-də Borrell regiona səfəri çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə də görüşəcək.
Aİ-nin baş diplomatı həmçinin “Səmərqənd Aİ-Mərkəzi Asiya Əlaqələri Konfransı: Qlobal Keçid” konfransında iştirak edəcək.
Borrellin regiona səfəri noyabrın 19-da başa çatacaq.