5 C
Baku
Saturday, December 14, 2024

Albaniya Prezidenti: “Kosovo bizim üçün çox əhəmiyyətlidir”

“Digər məsələlərə gəldikdə, mən cənab Prezidentə bildirdim ki, Kosovo Albaniya üçün çox əhəmiyyətlidir və bu, nəinki sabitlik, həm də bütöv regionun tərəqqisi üçün vacibdir”.

Bu barədə Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən bildirib.

O bildirib ki, parlamentlərarası əməkdaşlığa gəldikdə, Albaniya və Azərbaycan arasında dostluq qrupları fəaliyyət göstərir: “Bu istiqamətdə atılacaq addımlar çox ola bilər. İstərdik ki, parlamentlərimiz bir-biri ilə sıx əməkdaşlıq etsinlər. Yekun olaraq bildirmək istəyirəm ki, bizim ikitərəfli münasibətlərimizə gəldikdə, gedəcəyimiz yol və əldə edəcəyimiz nəticələr çoxdur. Buna görə, mən dostluq əlaqələrimizə, ölkələrimiz arasında münasibətlərə çox yaxşı gələcək arzu edirəm”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər