11 C
Baku
Sunday, November 17, 2024

Avtomobillərin sığorta haqlarındakı artımla bağlı AÇIQLAMA – Yeni qaydalarla hesablanır

Oktyabr ayından etibarən avtomobillərin bir illik sığorta haqqı yeni qaydalarla hesablanır. Bu, bəzi hallarda əvvəlki hesablama qaydası ilə müqayisədə baha başa gəlir.

Banker.az “Xezerxeber”ə istinadən xəbər verir ki, sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, oktyabr ayına qədər yalnız baza sığorta haqqı, avtomobilin növü və bonus-malus sinfinə görə 3 əmsal bir-birinə vurulurdu. İndi isə 7 fərqli əmsal bir-birinə vurulur. Yeni qaydalarda baza sığorta haqqı məbləği əvvəllər olduğu kimi 50 manat həcmində müəyyən edilib, amma qiymətə təsir edən digər əmsallar var.

Sürücülük təcrübəsi və sürücünün yaşına görə əmsallar 1-1. 35, əraziyə görə əmsallar isə 0.95-1.05 arasında dəyişir. İstismar ili 10 ildən 20 ilə qədər olan avtomobillərin sığorta haqqı əlavə olaraq 1.05 əmsalına, 20 ildən çox olduqda isə 1.1 əmsalına vurulur. Əgər avtomobili 2 və daha çox şəxsin idarəetmə hüququ varsa, bu zaman sığorta haqqı əlavə olaraq 1.15 əmsalına da vurulmalıdır. Sonda isə bu əmsalların hamısı bir-birinə vurulur və avtomobilin bir illik sığorta haqqı ortaya çıxır.

Ekspert deyir ki, yeni qaydaların tətbiqində məqsəd yol-nəqliyyat hadisələrinin sayını maksimum azaltmaqdır. Yeni qaydalar ümumilikdə hadisəsiz sürücülərin daha çox işinə yarayacaq.

Daha ətraflı videomaterialı təqdim edirik:

 

Son xəbərlər
Digər xəbərlər