ABŞ dövlət katibi Entoni Blinken və Polşa xarici işlər naziri Zbiqniev Rau arasında telefon danışığı olub.
Bu barədə dövlət katibi Blinken “Twitter”də bildirib.
“Bu gün Polşa XİN başçısı ilə danışarkən Polşa vətəndaşlarının həlak olması ilə nəticələnən partlayışın Polşa tərəfindən araşdırılması prosesinə ABŞ-ın tam dəstəyini bir daha bəyan etdim”, – o qeyd edib.