9 C
Baku
Thursday, December 12, 2024

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Bill Börns Ukrayna Prezidenti Vladimir Zelenski və kəşfiyyat sahəsindəki həmkarları ilə görüşmək məqsədilə Kiyevə səfər edib.

Börnsün səfəri ilə bağlı CNN-ə açıqlama verən rəsmi bildirib ki, o, Rusiyanın paytaxt Kiyev də daxil olmaqla ölkəni raket atəşinə tutduğu vaxtda ABŞ səfirliyində olub.

Rəsmi bildirib ki, Börns Kiyevdə ABŞ-ın Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbərinə nüvə silahından istifadə etməməklə bağlı verdiyi xəbərdarlığı müzakirə edib və Vaşinqtonun Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynanın dəstəklənməsinə sadiqliyini bir daha vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər