16 C
Baku
Friday, November 22, 2024

ADB: “Layihə maliyyələşdirilməsi kreditləri bankların işinə müsbət təsir edəcək”

Azərbaycanda layihə maliyyələşdirilməsi kreditlərinin verilməsi yerli bankların fəaliyyətinə müsbət təsir göstərəcək.

Bunu Asiya İnkişaf Bankının investisiyalar üzrə mütəxəssisi Sənan Şabanov Azərbaycan Mərkəzi Bankının (AMB) bu il oktyabrın 24-də “Layihə maliyyələşdirilməsi kreditlərinin prudensial tənzimlənməsi Qaydası”nı təsdiqləməsini şərh edərkən deyib.

Xatırladaq ki, bu Qayda “Banklar haqqında” qanuna uyğun olaraq, habelə Bank nəzarəti üzrə Bazel Komitəsinin standartları nəzərə alınmaqla hazırlanıb və ölkədə fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında (bundan sonra – banklar) layihə maliyyələşdirilməsi kreditləri üzrə tənzimlənmə çərçivəsini müəyyən edir.

“Layihə maliyyələşdirilməsinin Azərbaycanda tətbiqi çox müsbət haldır və bu, daha çox layihədən gələn gəlirlərin kreditin geri ödənilməsində 75-100% istifadəsini nəzərdə tutur. Şadam ki, bu qaydanı AMB təsdiqləyib”, – deyə ADB rəsmisi qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər