Rusiya Prezidenti Vladimir Putinin iş qrafikində fransalı həmkarı Emmanuel Makronla telefon danışığı hələlik yoxdur.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Xeyr, prezidentin qrafikində Markonla telefon danışığı hələlik yoxdur”, – Kremlin sözçüsü qeyd edib.
Peskov Rusiya və Türkiyə liderləri arasında gözlənilən təmas barədə də danışıb: “Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan, lazım gələrsə, bir neçə saat ərzində təmasları koordinasiya edir, burada heç bir problem yoxdur, onlar daimi əlaqə saxlayırlar. Lazım olanda telefonları götürüb bir-biri ilə danışacaqlar”.