16 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda xam neft istehsalı azalıb, təbii qaz istehsalı artıb

Azərbaycanda 2022-ci ilin yanvar-oktyabr aylarında 27.24 mln. ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub ki, buda ötən ilin eyni dövrü ilə müqayisədə 3.4% azalma demıəkdir. Əmtəəlik xam neft hasilatı isə ötən illə müqayisədə 5.5% azalaraq, 27.2 mln. ton təşkil edib.

01.11.2022-ci il vəziyyətinə xam neft (qaz kondensatı daxil olmaqla) ehtiyatı 264 min ton təşkil edir.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir .

Hesabat dövründə Azərbaycanda təbii qaz istehsalı ötən illə müqayisədə 7.5% artaraq, 38.4 milyard kub metr təşkil edib. Əmtəəlik təbii qaz hasilatı isə 29 milyard kub metr təşkil edib.

Son xəbərlər
Digər xəbərlər