13 C
Baku
Sunday, November 24, 2024

İlon Mask “Twitter” komandasına ultimatum qoyub

Milyarder və iş adamı İlon Mask yeni aldığı “Twitter” sosial şəbəkəsinin komandasına ultimatum qoyub. Məlumata görə, o, işçilərə ya yeni “sərt” iş rejiminə keçməyi, ya da şirkəti tərk etməyi təklif edib, Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Şirkətdə qalmaq üçün işçilərdən Maskın onlara göndərdiyi məktubdakı linkdə “bəli” düyməsini sıxmaq tələb olunur. Noyabrın 17-si axşama qədər razılığı təsdiq etməyənlərə üç aylıq əmək haqqı məbləğində işdən çıxma müavinəti veriləcək.

Xatırladaq ki, İlon Mask “Twitter”i 2022-ci ilin oktyabr ayının sonunda alıb və demək olar ki, dərhal beş top-meneceri işdən uzaqlaşdırıb. Noyabr ayının əvvəlində isə iş adamı 3700 işçini ixtisar edib.

Son xəbərlər
Digər xəbərlər