2022-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14.4 faiz artaraq 827.4 manat təşkil edib.
Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.
Əməkhaqqı neft-qaz sektorunda 3445.4 manat, qeyri neft-qaz sektorunda 777.3 manat
təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 779.1 manat, özəl müəssisələrdə isə 881.6 manat olub.
Mədənçıxarma sənayesində (3 298.2 manat), maliyyə və sığorta fəaliyyəti (2 084.3 manat), peşə, elmi və texniki fəaliyyət (1 390.5 manat), eləcə də informasiya və rabitə sahələrində (1 336.3 manat) orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.