Ukrayna Ali Radası hərbi vəziyyət rejimi və ümumi səfərbərliyi daha üç ay müddətinə uzadıb.
Səsvermədə 345 deputat iştirak edib.
Onlardan 310 nəfəri qanun layihəsinin lehinə səs verib, 35-i bitərəf qalıb.
Qərara əsasən, ölkədə hərbi vəziyyət rejimi və ümumi səfərbərlik 90 gün müddətinə olmaqla 2023-cü il fevralın 19-dək uzadılıb.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri bu il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Həmin tarixdə Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib.