14 C
Baku
Saturday, November 23, 2024

Neft ucuzlaşır və səbəb budur: geosiyasi gərginlik səngiyir, Çində tələb əndişəsi artır

Geosiyasi gərginliklə bağlı narahatlıqların azaldılması, dünyanın ən böyük xam neft idxalçısı Çində artan COVID-19 yoluxmaları ilə bağlı tələb narahatlıqları neftin qiymətini aşağı çəkməkdə əsas drayver oldu.

Banker.az xəbər verir ki, Brent markalı neftin fyuçersləri Bakı vaxtə ilə 08:30-da 1.04 dollar və ya 1.1% ucuzlaşaraq barreli 91.82 dollar olub. ABŞ-ın Qərbi Texas (WTI) xam neftinin fyuçersləri 1.17 dollar və ya 1.4% ucuzlaşaraq 84,42 dollar/barelə bərabər olub.

Dünən Ukraynadan Macarıstana keçən “Drujba” neft kəməri xəttinin bərpası xəbərindən sonra Brent markalı xam  neft 1.1% və WTI isə 1.5% ucuzlaşdı.

Analitiklər hesab edirlər ki, ötən gün NATO-nun Polşa ərazisinə düşən iki raketin Rusiya ilə heç bir əlaqəsi olmadığını açıqlaması, Çində qapanmalarla bağlı neftə yarana biləcək tələb qorxusu neftin qiymətlərini ucuzlaşdırmağa səbəb olub.

Dünən Polşa və hərbi ittifaqı NATO bildirib ki, NATO üzvü Polşanın daxilində qəzaya uğrayan raket, ehtimal ki, Rusiyanın zərbəsi deyil, Ukraynanın hava hücumundan müdafiə sistemləri tərəfindən atılan səhv olub və bu, Rusiya və Ukrayna arasında müharibənin sərhədi aşması qorxusunu azaldır.

EIA bildirib ki, dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da xam neft ehtiyatları 11 noyabrda sona çatan həftədə 5.4 milyon barrel azalaraq 435.4 milyon barelə düşüb.

Bununla belə, ABŞ-da benzin və distillə edilmiş yanacaq ehtiyatları gözləniləndən çox artıb.

Çinin COVID yoluxma sayı dünyanın qalan hissəsi ilə müqayisədə aşağıdır, lakin o, buna qarşı çox sərt tədbirlərə əl atan ölkə kimi tanınır.

Çinin Milli Səhiyyə Komissiyası cümə axşamı günü gündə 23 276 yeni COVID-19 infeksiyası yoluxma olduğunu bildirdib.

Son xəbərlər
Digər xəbərlər