“Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdış başa çatdıqdan sonra ölkənin ümumi daxili məhsulunun (ÜDM) 2 dəfədən çox artacağı gözlənilir”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
“Bu, xalqımızın firəvan həyat tərzini təmin etməyə imkan verəcək”, – deyə o, qeyd edib.
“Azərbaycanın iqtisadi inkişafının nəticəsi olaraq gələn il 66 şəhər və rayondan cəmi 8-i üzrə mərkəzləşdirilmiş xərclər nəzərdə tutulur. Bu il isə 55 şəhər və rayon xərcini özü ödəyir. Yaxın keçmişdə bu sahədə vəziyyət elə də ürəkaçan olmayıb”, – deyə deputat əlavə edib.