8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda bəzi sosial xərclər azaldılır

“2023-cü ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 170.4 milyon manat vəsait nəzərdə tutulub”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Musa Quliyev bildirib ki, bu, cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 2.2%, yaxud 3.8 milyon manat azdır:

“Azalmanın səbəbini koronavirus pandemiyasının pik həddinin arxada qalması və bu səbəbdən xəstələnmə, əmək qabiliyyətinin itirilməsi, ölüm amillərinin azalması ilə izah etmək olar. Növbəti ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinət xərclərinin 24.9%-i əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, 28.2%-i hamiləliyə və doğuma, 16.4%-i uşağın anadan olmasına, 6.5%-i 3 yaşına çatanadək uşaqlara qulluğa görə və 24.1%-i dəfn üçün müavinətlərin ödənilməsi üçün nəzərdə tutulub”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər