“Twitter” kütləvi ixtisarlar fonunda ofislərini müvəqqəti bağlayıb

“Twitter” şirkəti kütləvi ixtisarlar fonunda ofislərini müvəqqəti bağlayıb.

Bu barədə “Business Insider” məlumat yayıb.

“Hər bir işçinin, eləcə də Twitter sistemlərinin və istifadəçi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün ofislərimiz müvəqqəti bağlanacaq, keçid dayandırılacaq”, – şirkətin əməkdaşlarından biri bildirib.

Ofislərdə işlərinin bazar ertəsi, noyabrın 21-də bərpa ediləcəyi gözlənilir.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər