14 C
Baku
Monday, May 6, 2024

“Taxıl sazişi” bir illik uzadıla bilər

120 gün uzadılan “taxıl sazişi” bu müddət bitdikdən sonra bir illik uzadıla bilər.

Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Mövlud Çavuşoğlunun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları ilə, o cümlədən taxıl sövdələşməsi ilə bağlı təmasları davam etdirmək niyyətindədir.

Qeyd edək ki, “taxıl sazişi” 2022-ci ilin iyulunda əvvəlcə Ukrayna, Türkiyə və BMT arasında, daha sonra isə Türkiyə, BMT və Rusiya nümayəndələri arasında imzalanıb. Sənəd Ukrayna taxılının Qara dənizdən maneəsiz ixracını nəzərdə tutur.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər