6 C
Baku
Sunday, December 15, 2024

Ünvanlı dövlət sosial yardımın uşaqpulu kimi verilməsi təklif olunur

Azərbaycanda ünvanlı dövlət sosial yardımın uşaqpulu kimi verilməsi təklif olunur.

Bu təkliflə Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin noyabrın 18-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda uşaqpulu məsələsi cəmiyyətdə aktual mövzudur: “Biz əlimizdə olan imkanlarla mümkün addımları atmalıyıq. Bu gün iki nəfərlik ailəyə ünvanlı sosial yardım düşmür. Bu müavinət yalnız ata-ana ilə yanaşı, ailədə iki və daha çox uşağı olan ailələrə verilir. Ailədə bir nəfər işləyirsə, ona bu yardım təyin olunur. Bəlkə elə yardımı uşaqpulu formasında ödəyək və məsələyə birdəfəlik son qoyaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər