-1 C
Baku
Sunday, December 15, 2024

Rusiya 2050-ci ilə qədər dünya əhalisinin sayına görə ilk onluğu tərk edə bilər

Rusiya 2050-ci ilə qədər dünya əhalisinin sayına görə ilk 10 ölkənin olduğu siyahını tərk edə bilər.

Bu proqnozla Rusiya Elmlər Akademiyasının Demoqrafik Tədqiqatlar İnstitutunun direktor müavini, iqtisad elmləri namizədi Vadim Bezverbnı və Ali İqtisad Məktəbinin Demoqrafiya İnstitutunun direktoru Mixail Denisenko çıxış ediblər.

Bezverbnı hesab edir ki, demoqrafik siyasət dəyişməsə, Rusiya əhalisinin sayı 110-120 milyon nəfərə qədər azala bilər. Əks halda ölkə, onun fikrincə, 30-40 ildən sonra demoqrafik reytinqin ortasında qalacaq.

Öz növbəsində Denisenko təxmin edib ki, 2050-ci ilə qədər əhalinin sayına görə ilk on ölkə Hindistan, Çin, ABŞ, Nigeriya, Pakistan, İndoneziya, Braziliya, Banqladeş, Konqo və Efiopiya olacaq. Beləliklə, son iki dövlət Rusiya və Meksikanı siyahıdan çıxaracaq.

Denisenko etiraf edib ki, 2030-cu ilə qədər Hindistan əhalisinin sayına görə Çini keçəcək. Bezverbnı isə əhalinin qocalması səbəbindən 50 ildən sonra Çində 1 milyarddan az insanın yaşayacağını proqnozlaşdırıb.

Qeyd edək ki, noyabrın 15-də BMT-nin mətbuat xidməti ümumdünya təşkilatının hesablamalarına istinad edərək, Yer kürəsində əhalinin sayının 8 milyarda çatdığını açıqlayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər