Niderland 2022-ci ildə ilk dəfə Azərbaycandan xam neft almağa başlayıb, bu barədə Banker.az rəsmi göstəricilərə istinadla bildirilir.
Belə ki, ötən ay – oktyabrda Niderlanda 602.74 min barrel həcminda xam neft satılıb. Bu 2022-ci ilin 10 ayında qeydə alınmaqla bərabər son üç illik fasilədən sonra ilk neft alışıdır.
Azərbaycan neftin hər barelini oktyabrda Niderlanda $103.3-ə satıb və bu da ümumilikdə həmin ay üzrə $62.24 ölkəyə valyuta axını deməkdir. Bu barədə Dövlət Gömrük Komitəsinin statistik göstəricilərində qeyd edilib.
Qeyd edək ki, oktyabrda ölkəmiz xaricə cəmi olaraq ortalama neftin hər barelini $98.8-ə satıb. Ən ucuz ixrac qiyməti barrel üçün Almaniyayadır – $92.7.
Qeyd edək ki, Azərbaycan xaricə bu ilin yanvar-oktyabr ayları ərzində 165.4 milyon barrel neft ixrac edib və bunun da ixrac dəyəri $17.18 mlrd. Olub.