9 C
Baku
Saturday, December 21, 2024

Moskvada Yeni il şənlikləri və atəşfəşanlıq ləğv olundu

Yeni ildə Moskvada atəşfəşanlıq və böyük küçə konsertləri ləğv olunacaq.

Bu barədə cümə günü Moskva meri Sergey Sobyanin öz bloqunda məlumat verib.

“Yeni il şənliyinin formatı ilə bağlı “Aktiv Vətəndaş”da səsvermə moskvalıların böyük marağına səbəb olub. İki gün yarım ərzində 300 minə yaxın insan öz fikrini bildirib. Şəhər əhalisinin mövqeyi çox aydın ifadə olunub. Səsvermə zamanı daha çox İştirakçıların 80%-dən çoxu Yeni il tədbirlərinin keçirilməsini və şəhərin bayram bəzədilməsini dəstəkləyib”, – Sobyanin yazıb.

O, aydınlaşdırıb ki, eyni zamanda 29% bayramın adi formatda keçirilməsinin tərəfdarı olub, 52% isə bu dəfə kütləvi küçə konsertlərindən imtina etməyi təklif edib. “Dostlar, fəal mövqeyiniz üçün təşəkkür edirik. Qərarınız həyata keçiriləcək”, – mer əlavə edib.

Həmçinin atəşfəşanlıq olmayacaq. “Biz bu il atəşfəşanlıqdan və böyük küçə konsertlərindən imtina etməyi məqsədəuyğun hesab edirik. Ancaq eyni zamanda, Moskva bayramları sevimli şəhərimizə yaraşan parlaq və bəzəkli qarşılayacaq”, – mer yazıb.

Moskvada Yeni il tədbirləri hərbi və müdafiə sənayesi işçilərinə həsr olunacaq . Paytaxtda həmçinin uşaqlar üçün Yeni il şənlikləri və Milada səyahət festivalı keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər