ABŞ Maliyyə Nazirliyi Rusiyanın nəzarətində altında olan Qvatemaladakı mədən şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə nazirliyin müvafiq bəyanatında deyilir.
“Maqnitski aktı” əsasında Amerikanın qara siyahısına rusiyalı Dmitri Kudryakov və Belarus vətəndaşı İrina Litvinyukun adı daxil edilib, onlar Qvatemalada dağ-mədən sektorunun istismarında ittiham edilirlər.
Bundan əlavə, Qvatemaladakı “Compania Guatemalteca de Niquel”, “Compania Procesadora de Niquel” və “Mayaniquel” şirkətlərinə də sanksiyalar tətbiq edilib.