10 C
Baku
Thursday, December 12, 2024

Sunak: “Ukraynanın bərpası ilə bağlı növbəti konfrans Britaniyada keçirilə bilər”

“Ukraynanın bərpası ilə bağlı növbəti konfrans 2023-cü ildə Böyük Britaniyada keçirilə bilər”.

Bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukrayna Prezident Ofisində keçirilən brifinqdə deyib.

Sunak vurğulayıb ki, Böyük Britaniya sülh əldə olunana qədər Ukraynaya kömək edəcək.

“Ümid edək ki, qanunun aliliyi və dövlətin suverenliyinə hörmət nəzərə alınmaqla, bu vəhşi müharibəyə son qoyub ədalətli sülhü təmin edə bilərik”, – Baş nazir bildirib.

Britaniyalı nazir əlavə edib ki, müharibə cinayətləri törədənlər məsuliyyətə cəlb olunacaqlar.

Qeyd edilir ki, Böyük Britaniya Ukraynaya hərbi və digər yardımları artırır, xüsusən də hərbçilər üçün xüsusi qış texnikası ötürür. Bundan əlavə, Britaniya Ukraynaya ümumi dəyəri 16 milyon funt sterlinqdən çox olan humanitar yardım edib.

Son xəbərlər
Digər xəbərlər