13 C
Baku
Saturday, November 23, 2024

Bu ölkədə 272 mln. dollarlıq COVID-19 peyvəndi xarab olub

Filippində 272 milyon dollar dəyərində 31 milyondan çox koronovirus peyvəndi xarab olub.

Bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təxminən 24 milyon dozanın müddəti bitib, qalan yeddi milyon doza isə temperaturun dəyişməsi səbəbindən yararsız hala düşüb.

Səhiyyə qurumunun məlumatına görə, koronavirus peyvəndlərinin əvvəlki versiyaları istehsal tarixindən etibarən cəmi altı ay saxlama müddətinə malikdir.

Dekabrın 5-dən 7-dək respublikanın hakimiyyət orqanları əhalinin koronavirusa qarşı immunizasiyası üzrə növbəti xüsusi kampaniya keçirməyi planlaşdırır.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər