Səudiyyə Ərəbistanı və digər OPEC+ neft istehsalçıları hasilatı gündəlik artırmağı müzakirə ediblər.
Banker.az “Wall Street Journal”a istinadən xəbər verir ki, bu barədə qərar “OPEC+”un dekabrın 4-də keçiriləcək iclasında müzakirə olunacaq.
Qeyd edək ki, neft hasilatının gündəlik 500 min barrelə qədər artırılması məsələsi müzakirə olunur. Hasilatı artırmaq barədə qərar verilərsə, bu, Avropa İttifaqının Rusiya neftinə embarqo tətbiq etməsindən bir gün əvvəl baş verəcək. Rusiyadan neft idxalına tədricən embarqonun tətbiqi dekabrın 5-də tam qüvvəyə minəcək.