“Twitter”in aktiv istifadəçiləri keçən həftə 1.6 milyon artaraq 259.4 milyona çatıb. Bu barədə şirkətin rəhbəri İlon Mask platformadakı hesabında məlumat verib, Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.
Biznesmen həmçinin həftələr üzrə – oktyabrın 2-dən noyabrın 20-dək “Twitter” istifadəçilərinin sayında dəyişikliklərin qrafikini dərc edib. Belə ki, oktyabrın əvvəlində bu rəqəm 250.5 milyon nəfər olub, noyabrın sonunda isə 259.4 milyon nəfərə çatıb.
İlon Mask “Twitter”i oktyabrın 27-si alıb. Sosial şəbəkə iş adamına 44 milyard dollara başa gəlir. “Twitter”dən başqa Mask həm də “Tesla” və “SpaceX” şirkətlərində sahibdir.