“Hazırda Rusiya və Ukraynanı diplomatiya masası arxasına əyləşdirmək əvvəlkinə nisbətən daha da çətinləşib”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Türkiyə vasitəçilik məsələsində nümunə olub: “Rusiya-Ukrayna müharibəsində də Türkiyənin rolunu hər kəs görür. “Taxıl böhranı”nın aradan qaldırılması hər kəsə məlumdur. Həmçinin tərəflər arasında əsir mübadiləsi də bizim təşəbbüsümüzlə baş tutdu”.
M.Çavuşoğlu problemin diplomatik yolla həllinə ümidlərini itirmədiklərini də bildirib: “Biz bu istiqamətdə çalışırıq və müharibənin diplomatiya yolu ilə başa çatacağına əminik”.