Nyu-York kriptovalyutaların mayninqini məhdudlaşdıran ilk ABŞ ştatı olub. “The New York Times” qəzetinin yazdığına görə, ştatın qubernatoru Keti Hokul yeni lisenziyaların verilməsinə iki illik moratorium qoyan qanun layihəsini imzalayıb, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Məlumata görə, moratorium yalnız “proof-of-work” alqoritminə əsaslanan mayninq şirkətlərinə şamil edilir ki. Belə ki, bu alqoritmə əsaslanan mayninq böyük hesablama gücü tələb edir, nəticə etibarilə atmosferə karbon emissiyası artır. Qeyd edək ki, dünyanın ən populyar kriptovalyutası olan “Bitcoin” məhz bu alqoritm üzərində işləyir. Populyarlığına görə dünyada ikinci olan “Ethereum” isə “proof-of-stake” alqoritminə əsaslanır.
Nyu-York ştatının mayninqə dair yeni qanunu atmosferə atılan zərərli emissiyaların miqdarını azaltmaq məqsədini daşıyır. Eyni zamanda, təşəbbüsün bir hissəsi olaraq, səlahiyyətlilər Nyu-Yorkda mayninq işlərinin CO2 emissiyalarının ümumi miqdarına təsir dərəcəsini öyrənməyi öhdələrinə götürüblər.