Çində ötən sutka ərzində koronavirusa 31 mindən çox yoluxma halı qeydə alınıb.
Bu, 2019-cu ilin sonunda Uhanda koronavirusun aşkar olunmasından bu yana qeydə alınan ən yüksək saydır.
Məlumata görə, ölkə rəhbərliyi xəstəliklə mübarizə tədbirlərini gücləndirməyə davam edirlər.
Belə ki, Xenan vilayətinin mərkəzində Çjençjou şəhərində 5 gün ərzində insanlar yalnızca ərzaq məhsulları almaq və yaxud həkimə getmək üçün evdən çıxa bilərlər. Bu qayda şəhərin 8 rayonu üçün keçərlidir. Həmin ərazilərdə isə təqribən 6,6 milyon insan yaşayır.
Xatırladaq ki, Çinin paytaxtı Pekində koronavirusa yoluxma hallarının artması səbəbindən park, muzey və ticarət mərkəzlərinə giriş bağlanıb.