3 C
Baku
Saturday, December 14, 2024

Çində böyük şist qaz yatağı kəşf edilib

Çinin “Sinopec” neft-qaz şirkəti ehtiyatları 146 milyard kubmetr həcmində qiymətləndirilən şist qaz yatağı kəşf edib.

Bu barədə cümə axşamı “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, yataqlar Sizyan rayonu (Çunqsin şəhəri) və Sişou qraflığının (Quyçjou əyaləti) yaxınlığında yerləşir.

“Sinopec”in Direktorlar Şurasının sədri Ma Yunşenin sözlərinə görə, yataq işlənmək üçün perspektivlidir, lakin orada qaz hasilatı Yer qabığının dərinliyi və vəziyyəti ilə çətinləşir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər