“Rusiya məğlub olduğuna görə Ukrayna şəhərlərini raket atəşinə tutur”.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynada uğursuzluğa düçar olur: “Rusiyanın Ukrayna şəhərlərinə və mülki infrastuktura raket hücumlarının səbəbi budur. Şəhərlərə və mülki infrastruktura raket hücumları ukraynalıları istilik və yeməkdən məhrum edir. Rusiyanın başlatdığı müharibə bizə maliyyə, Ukraynaya isə qan hesabına başa gəlir”.
Y.Stoltenberq bildirib ki, Rusiyanın qalib gəlməsinə imkan vermək olmaz: “Bu bizə başa gələr. Bu halda biz daha böyük təhlükə altında olacağıq. Ona görə də Ukraynaya dəstək bizim təhlükəsizliyimizin maraqlarına uyğundur”.