15 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanda banklar vətəndaşlara kredit verəndə polisin yazdığı cərimələri də nəzərə ala biləcəklər

Azərbaycanda inzibati cərimə edilmiş şəxslər banklardan kredit alarkən problemlə üzləşəcəklər.

Banker.az Fed.az-a istinadən xəbər verir ki, yenilik gələn ildən tətbiq ediləcək. Azərbaycanda vətəndaşların kredit məlumatlarının toplandığı qurum – Azərbaycan Kredit Bürosu (AKB) «Elektron Hökumət»in inkişaf mərkəzi ilə birlikdə bu prosesə artıq başlayıb.

Xatırladaq ki, Azərbaycan Kredit Bürosunda ölkə vətəndaşlarının bank, BOKT və digər qurumlara olan kredit borcları, həmin kreditlərin necə qaytarılması vəziyyəti, eləcə də kommunal qurumlara edilən ödənişləri barədə məlumatlar toplanılır.

Bu məlumatlar əsasında vətəndaşların kredit qabiliyyəti müəyyən olunur, eləcə də kredit reytinqi tərtib edilir. Nəticədə banklar vətəndaşların kredit müraciətlərinə baxdıqda ilk növbədə AKB-nin məlumatlarını araşdırırlar və kreditin ayrılıb-ayrılmaması barədə qərar bu məlumatlara əsaslanır.

İndi isə AKB-yə toplanan məlumiatların siyahısına təkcə banrk kreditləri deyil, həm də cərimələr barədə məlumatlar əlaaı ediləcək.

«Bu əməkdaşlıq çərçivəsində vətəndaşların ödənişləri – o cümlədən inzibati cərimələr barədə məlumatlar da Kredit Bürosuna yerləşdiriləcək»-deyə AKB-nin baş direktor Elçin Həbibov bildirib: «Nəticədə banklar vətəndaşların kredit müraciətlərinə baxarkən Azərbaycan Kredit Bürosuna sorğu verdikdə onun təkcə kreditlərini və kredit tarixçəsini deyil, həm də yol polisi və digər qurumlar tərəfindən yazılan cərimələrini də görəcəklər».

Bura yol polisi ilə yanaşı, BNA-nın yazdığı cərimələr də aiddir. Banklar müştəriyə kredit verilməsi barədə qərar verəndə belə hallar olmasına da diqqət yetirəcəkər. Cərimələrin olması banklarda müştərinin məsuliyyət səviyyəsini qiymətləndiməyə imkan verəcək və müştərinin kredit almaq imkanını azaldacaq.

Son xəbərlər
Digər xəbərlər