Noyabrın 28-də Yaponiyada neftin qiyməti cari ilin martından bəri ilk dəfə bir barel üçün 75 dollardan aşağı düşüb.
Bunu Tokio Əmtəə Birjasında hərracların son nəticələri də təsdiq edir. Belə ki, həmin gün Dubay xam neftinin bir kilolitrinin (6.89 barel) qiyməti psixoloji hədd hesab edilən 65 min yendən (təqribən 469 dollar) və ya bir barel üçün 75 dollardan aşağı düşüb. Hərraclar başlayarkən bir kilolitr neftin qiymətinin 64720 yen (təqribən 467 dollar) olduğu qeyd edilir.
Bazar mənbələrinin bildirdiyinə görə, buna səbəb kimi Çində koronavirus məhdudiyyətlərinin sərtləşdirilməsi ilə əlaqədar iqtisadi narahatlığın artması göstərilir.
Mütəxəssislər Dubay xam neftinin bir barelinin qiymətinin perspektivdə 80-100 dollar civarında formalaşacağını bildirirlər.