Gürcüstanın 574 700 vətəndaşı bir aydan çoxdur banka olan krediti ödəyə bilmir.
Bu barədə Milli Birlik Hərəkatı Partiyasının deputatı Levan Xabeişvilinin sorğusuna cavab olaraq Gürcüstan Milli Bankının cavabında bildirilib.
Milli Bankın məlumatına görə, vaxtı keçmiş bütün kreditlərdən 312 900 vətəndaşın banklara, 93 900 nəfərin mikromaliyyə təşkilatlarına, 280 900 vətəndaşın lombardlara, 6 900 nəfəri isə lizinq təşkilatlarına borcludur.
Bildirilib ki, cəmi 574.7 min vətəndaş ümumi məbləği 4.4 milyon lari (təxminən, 1.7 milyon dollar) olan 1.1 milyon krediti qaytara bilmir.
Qeyd edək ki, 2018-ci ilin noyabrında Gürcüstanın o vaxtkı Baş naziri Mamuka Baxtadze 600 mindən çox vətəndaşın 570 milyon dollarlıq kretidini ödənilməsi haqqında qərar qəbul etmişdi.