Ukrayna nümayəndə heyəti İsrailin Müdafiə Ordusunun (İMO) nümayəndələri ilə danışıqlar aparmaq üçün bu ölkəyə səfər edib və raketəleyhinə müdafiə məsələlərini müzakirə edib.
Bu barədə israilli jurnalist Moyra Asraf Volberq tviterdə yazıb.
Onun sözlərinə görə, Ukraynadan gələn nümayəndə heyətinə Ukrayna Silahlı Qüvvələrinin yüksəkrütbəli zabiti də daxildir və səfər barədə məlumat bazar ertəsi axşam redaksiyada açıqlanıb:
“Kiyevdən nümayəndə heyəti, xüsusən də Ukrayna Ordusunun yüksəkrütbəli üzvü bu yaxınlarda İsraildə İMO rəsmiləri ilə bir sıra görüşlər keçirib. Rəsmi səfərin məqsədi ukraynalılar tərəfindən raketəleyhinə xəbərdarlıq sistemlərinin tikintisini təşviq etmək olub”.
Volberq həmçinin qeyd edib ki, İsrail “Moskvaya qarşı siyasi həssaslığa görə” nümayəndə heyətinin səfərini gizli saxlamaq istəyib.