Kiyev müttəfiqləri ilə birlikdə Moskvanın Ukraynanın mühüm infrastrukturunu məhv etmək cəhdlərini davam etdirməsinə hazır olmalıdır.
Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Rumıniyanın paytaxtı Buxarestdə keçirdiyi brifinqdə deyib.
“Putin enerji və qaz infrastrukturunu məhv etməyə və ukraynalılara əsas xidmətlərin göstərilməsini dayandırmağa çalışır. Bu, dəhşətlidir, biz növbəti hücumlara hazır olmalıyıq”, – siyasətçi bildirib.
Stoltenberqin sözlərinə görə, buna görə Alyans ölkələri Ukraynaya dəstəyi artırıb.
“Müttəfiqlər müxtəlif tipli pilotsuz uçuş aparatları, idarə olunan raketlər və ballistik raketlərdən gələn təhdidlərə cavab verə bilən qabaqcıl hava hücumundan müdafiə sistemləri və digər sistemlərlə təmin edir”, – NATO-nun baş katibi əlavə edib.