Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 138A ünvanında yerləşən “Zeyd Türk Mətbəxi” restoranında nöqsanlar aşkarlanıb.
Banker.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Agentlikdən verilən məlumata görə, restoranda sanitar norma və qaydalar, həmçinin, etiketlənməyə dair tələblər pozulub. O cümlədən, mal qonşuluğuna və temperatur rejiminə əməl edilmir, saxlanma müddəti bitmiş məhsullar satılır. Aşkar edilmiş nöqsanlarla bağlı inzibati protokol tərtib olunub.
Qeyd edək ki, “Zeyd Türk Mətbəxi” restoranı Səfərov Fuad Roman oğluna məxsusdur.