10 C
Baku
Tuesday, November 26, 2024

İçərişəhərdəki məşhur restoranlarda aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlandı

Səbail rayonu, Kiçik Qala küçəsində yerləşən “Bürc Qala” restoranında, “Kasamasa” və “Qədim Ev” kafelərində nöqsanlar aşkarlanıb.

Banker.az bu barədə Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Qeyd olunan ictimai iaşə müəssisələrinin hər üçündə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi müəyyən edilib. Həmçinin, aşkar edilib ki, “Bürc Qala” və “Kasamasa”da baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu həyata keçirilir.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Son xəbərlər
Digər xəbərlər