13 C
Baku
Tuesday, May 7, 2024

Pentaqon: Çin nüvə potensialını 3 dəfə artıracaq

2035-ci ilədək Çində nüvə başlıqlı raketlərin sayı 3 dəfədən çox artacaq.

Bu məlumatı ABŞ-ın Müdafiə Nazirliyi yayıb.

Pentaqondan bildirilib ki, Çinin nüvə başlıqlı raketlərinin sayı 400-ü keçib. Bu vəziyyət davam edərsə, Pekin 2035-ci ilədək 1500 nüvə başlığına sahib olacaq – deyə Pentaqondan bildirilib.

Qeyd olunur ki, nüvə arsenalının həcminə görə, Çin ABŞ və Rusiyadan sonra üçüncü yerdədir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər