“BCC Group” Qapalı Səhmdar Cəmiyyəti nizamnamə kapitalını artırır.
Banker.az xəbər verir ki, “BCC Group” Qapalı Səhmdar Cəmiyyəti nizamnamə kapitalının 6 000 020 manat məbləğindən 41 000 020.00 manat məbləğə artırıldığını elan edir.
Qeyd edək ki, BCC Group energetika, neft-qaz, neft-kimya və digər sahələr üzrə infrastrukturun layihələndirilməsi, tikintisi, idarə olunması və xidməti üzrə MST (Mühəndislik/Satınalma/Tikinti) -podratçıdır. 2003-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Teymur Abbasovdur.