Çin Azərbaycanı vahid investisiya bazarı kimi görür.
Bunu Bakıda keçirilən “Ticarət və İxracat Forumu”nda (TEF-2022) Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi bildirib.
Onun sözlərinə görə, Azərbaycan Çinin vacib iqtisadi və ticarət tərəfdaşıdır:”Son illərdə neft məhsullarının ixracını Azərbaycandan azaltmışıq. Azərbaycan Çindən daha çox məhsul ixrac etməyə başlayıb”.
Ma Çi əlavə edib ki, Çin Azərbaycanla maliyyə, kənd təsərrüfatı sahələrində əməkdaşlıqda maraqlıdır.
O vurğulayıb ki, Çin və Azərbaycan 30 ildir ki, dostluq və əməkdaşlıq münasibətlərini qoruyub saxlayır: “Çin Azərbaycanla qarşılıqlı faydalı və dostluq əməkdaşlığının inkişafına böyük önəm verir və Azərbaycanın iqtisadi və sosial inkişafında fəal rol oynamış bir sıra irimiqyaslı infrastruktur və sənaye layihələrini həyata keçirib”.