10 C
Baku
Tuesday, November 26, 2024

Aİ Rusiya neftinin qiymətinin $60 həddində olmasını müzakirə edir – “Bloomberg”

Aİ ölkələri Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollar həddinin tətbiqini müzakirə edirlər ki, belə bir qiymət ittifaqın bütün üzvlərini və G7 ölkələrini qane edəcək. Bu barədə danışıqlardan xəbərdar olan mənbəyə istinadən “Bloomberg” məlumat yayıb.

Qəzetin qeyd etdiyi kimi, qiymət tavanının tətbiq edilməsində məqsəd Rusiyanın yanacaq ixracından əldə etdiyi gəlirləri azaltmaq, eyni zamanda Rusiya neftini bazarda saxlamaq və qlobal qiymət artımından qaçmaqdır. Buna görə də, nəşr qeyd edir ki, müəyyən edilmiş qiymət həddi Kreml üçün də kifayət qədər cəlbedici olmalıdır, əks halda Rusiya neftin dünya qiymətlərini kəskin qaldıraraq hasilatı dayandıra bilər.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Avropa İttifaqı və onun G7 müttəfiqləri tərəfindən səkkizinci sanksiyalar paketinin bir hissəsi kimi neft qiymətlərinə tavan qiymət müəyyən edilməsi planlaşdırılır. Sanksiya mexanizmi müəyyən edilmiş qiymətdən yüksək qiymətə yanacaq daşıyan tankerlərin sahiblərinə sığorta da daxil olmaqla xidmətlərin göstərilməsinin qadağan edilməsini nəzərdə tutur. Məhdudiyyətin tətbiqi dekabrın 5-nə nəzərdə tutulub. Rusiya qiymət tavanı tətbiq edəcək ölkələrə yanacaq satmayacağını bəyan edib.

Son xəbərlər
Digər xəbərlər