“Ukrayna NATO qoşunlarını münaqişəyə cəlb etməyə çalışır” – Lukaşenko

Ukrayna istənilən bəhanə ilə NATO qoşunlarını münaqişəyə cəlb etməyə çalışır.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O əlavə edib ki, Belarusun hüquq-mühafizə orqanları dövlət sərhədi yaxınlığında təxribatların sayının artdığını açıqlayır.

“Bütün hüquq-mühafizə orqanları dövlət sərhədi yaxınlığında təxribatların sayının artdığını qeyd edir. Ukrayna istənilən bəhanə ilə çox güman ki, NATO-ya üzv ölkələrin qoşunlarını münaqişəyə cəlb etməyə çalışır. Bütün bunları yaxın günlərdə Polşa ərazisinə raket hücumları təsdiqləyir”, – Lukaşenko vurğulayıb.

Prezident Lukaşenko eyni zamanda onu da qeyd edib ki, Belarus potensial rəqibini ölkəsinə qarşı hərbi güc tətbiq etməkdən çəkindirə bilir.

MənbəApa
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər