Avropada qazın qiyməti, təxminən, 6% ucuzlaşıb.
Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın yanvar fyuçerslərinin qiyməti günə 1 546 dollarla (+2.8%) başlasa da, sonradan 1 417.9 dollara (-5.8 %) düşüb.
Dinamika əvvəlki ticarət günü qeydə alınmış hesablaşma qiymətinə (min kubmetr üçün 1 504.7 dollar) əsasən hesablanır.