Kosovo Avropa İttifaqına üzvlük üçün müraciət edəcək.
Bu barədə Kosovo Prezidenti Vjosa Osmani bildirib.
Aİ-Qərbi Balkanlar sammitində iştirak üçün Albaniyanın paytaxtı Tiranaya səfər edən Kosovo prezidenti deyib: “Mən ən çox Avropa yönümlü bir ölkənin təmsilçisi kimi buradayam. Biz Aİ-nin də sözlərdən əmələ keçməsini istəyirik, xüsusilə də viza liberallaşması ilə bağlı. Bu ilin sonunda Aİ-yə üzvlük üçün Kosovo rəsmi müraciətini qarşı tərəfə təqdim edəcək”.