10 C
Baku
Wednesday, December 11, 2024

“Aztelekom” və “Baktelekom”a iş qaldırıldı: Qiymətlərlə manipulyasiya edirlər

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-də xidmət tariflərinin qiymətində müşahidə olunan artımların antiinhisar qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə araşdırma aparılıb. Həmin müəssisələrlə bağlı özəl internet provayderlərindən də Dövlət Xidmətinə müraciətlər daxil olub. Belə ki, özəl internet provayderləri tariflərdə olan artımın onların fəaliyyətinə mənfi təsir göstərdiyini qeyd ediblər.

Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, araşdırmalar nəticəsində “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC barəsində bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi əlamətləri üzrə iş qaldırılıb.

Son xəbərlər
Digər xəbərlər