16 C
Baku
Monday, May 6, 2024

“Rosneft”in xalis mənfəəti 15 % azalıb

Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın ən böyük neft şirkəti – “Rosneft” 591 milyard rubl (təxminən 9.4 milyard ABŞ dolları) xalis mənfəət əldə edib.

Bu, ötən ilin eyni dövrünə nisbətən 15 % azdır.

9 ay ərzində şirkət 77.3 milyon ton neft ixrac edib ki, bu da illik müqayisədə 4.8 % çoxdur.

“Rosneft” Almaniyadakı aktivlərinin müsadirə olunması səbəbindən 56 milyard rubl (təxminən 0.9 milyard ABŞ dolları) zərərə uğradığını bəyan edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər