Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
“AZ FP CO LTD” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında 74 adda müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Banker.az bu barədə Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Agentlikdən verilən məlumata əsasən, məhv edilmiş məhsulların ümumi çəkisi 14.5 ton olub.