“Moskva ilk növbədə dinc mexanizmlərə diqqət yetirir, lakin lazım gələrsə, özünü bütün mümkün vasitələrlə müdafiə etməyə hazırdır”.
Bu bareədə Rusiya prezidenti Vladimir Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvləri ilə görüşündə bildirib.
“Bizim tərəfimizdən yalnız bir cavab ola bilər: milli maraqlarımız uğrunda ardıcıl mübarizə. Biz belə edəcəyik. Heç kim başqa bir şey gözləməsin. Bəli, biz bunu müxtəlif üsullarla və vasitələrlə edəcəyik. İlk növbədə, əlbəttə ki, biz dinc vasitələrə diqqət yetirəcəyik. Amma başqa bir şey qalmasa, biz bütün imkanlarımızla özümüzü müdafiə edəcəyik”, – deyə o vurğulayıb.