14 C
Baku
Saturday, November 23, 2024

Avropa İttifaqında hava nəqliyyatı ilə səyahət edənlərin sayı 35% artıb

Avropa İttifaqında (Aİ) 2021-ci ildə hava yolu ilə səyahət edən sərnişinlərin sayı əvvəlki ilə nisbətən 35 faiz artıb.

Avropa Statistika Bürosu (“Eurostat”) 2020-ci ildə COVID-19 epidemiyasının ciddi şəkildə təsir göstərdiyi aviasiya sektorunun ötən il bərpa olunduğunu bildirib. Belə ki, 2021-ci ildə Avropa İttifaqı ölkələrində hava yolu ilə səyahət edən sərnişinlərin sayı əvvəlki ilə nisbətən 35 faiz artaraq 373 milyona çatıb. Səfərlərin 39 faizi Avropa İttifaqı xaricinə, 38 faizi ittifaqa üzv ölkələr arasında, 23 faizi isə Aİ ölkələrinin daxili marşrutlarında həyata keçirilib.

Qeyd edək ki, pandemiyadan əvvəl, 2019-cu ildə Avropa İttifaqı ölkələrində hava yolu ilə səyahət edənlərin sayı 1 milyardı ötüb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər