Səudiyyə Ərəbistanı elan etdi: Türkiyə Mərkəzi Bankına 5 milyard dollar köçürəcəyik

Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl-Cedan Türkiyə Cümhuriyyəti Mərkəzi Bankına (TCMB) 5 milyard dollar köçürmə qərarı aldıqlarını açıqlayıb.

Banker.az xəbər verir ki, nazir bu barədə “Independent Türkçe”nin sualını cavablandırarkən danışıb:

“Türkiyəyə 5 milyard dollar göndərməyə qərar verdik. Artıq razılığa gəlmişik. Bir neçə gün ərzində yekun şərtlər və bəzi texniki hesablamalar barədə razılığa gələcəyik”.

5 milyard dolların bir neçə gün ərzində Türkiyəyə göndəriləcəyini bildirən əl-Cedan açıqlamasına bunları əlavə edib: “Türkiyə ilə çox yaxşı münasibətimiz var. Biz də bu əlaqələri daha da yaxşılaşdırmaq üçün çalışırıq. Türkiyədə investisiyalar baxımından da imkanlar axtarırıq”.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər